İsveçlilər onun başını daz qırxdılar
İsveç yığmasının müdafiəçisi Andreas Qrankvist İtaliya ilə oyundan
sonra fikirlərini bildirib.
Kaspi.az xəbər verir ki, Qrankvist qarşılaşmadan əvvəl komanda
üzvlərinə söz veribmiş ki, mundiala vəsiqə qazansalar, başının daz qırxılmasına
icazə verəcək. Qarşılaşmadan sonra isveçli futbolçular onu saçından məhrum
ediblər:
"Qürur duyuram. Bu, dünya çempionatında oynamaq üçün son şansım idi.
Karyeramı Rusiyada keçiriləcək mundialdan sonra bitirmək möhtəşəm olacaq.
Uşaqlara demişdim ki, mundiala vəsiqə qazana bilsək, başımı daz qırxa
bilərlər. Düşünürdüm ki, artıq bunu yaddan çıxarıblar. Ancaq paltardəyişmə
otağında məni saçdan məhrum etdilər”.
İsveç pley-offda 2 oyunun nəticəsinə əsasən İtaliyaya qalib gəlib –
1:0, 0:0.