AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İstirahət günlərində hava necə olacaq?

İstirahət günlərində hava necə olacaq?

Cəmiyyət
11 Oktyabr 2013, 08:18 943
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyinin saniyədə 14 metr sürətlə əsəcək. Axşam şimal-qərb küləyi əsəcək, küləyin sürəti 7-12 m/s olacaq. Havanın temperaturu gecə 10-13, gündüz 17-20 dərəcə isti olacağı gözlənilir.

Oktyabrın 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin sürəti 8-13 m/s olacaq, küləyin sürəti gündüz arabir 16 m/s-dək artacaq. Havanın temperaturunun gecə 10-13, gündüz 18-22 dərəcə isti olacağı gözlənilir.

Yaxın iki gün ərzində Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin oktyabrın 13-də axşam bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Aran rayonlarında havanın temperaturunun gecə 7-12, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.