• çərşənbə axşamı, 16 aprel, 12:21
  • Baku Bakı 19°C

İsti və küləkli hava Oğuzda meşə yanğınının söndürülməsinə çətinlik yaradır

31.08.17 16:33 1185
İsti və küləkli hava Oğuzda meşə yanğınının söndürülməsinə çətinlik yaradır
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Oğuz rayonunda meşə zolağında yanğın barədə məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindənAPA-ya verilən məlumatda bildirilir ki, avqustun 31-də Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) Xaçmaz meşəbəyliyinin 3 saylı dolayında yanğın hadisəsi baş verib.

Yanğın baş vermiş əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları cəlb olunub.

Yanğının əhatə etdiyi ərazi sərt və hündür yamaclıqdan ibarət olduğundan yanğınsöndürən maşınların əraziyə qalxması mümkün olmayıb. Yüksək dağlıq ərazidə baş verən yanğının söndürülməsi üçün mümkün olan bütün vasitələrdən, əsasən əl əməyindən istifadə edilir.

Havaşəraiti isti və küləkli olduğundan yanğının söndürülməsində çətinliklər yaranıb. Hazırda yanğının digər ərazilərə keçməsinin qarşısının alınması və söndürülməsi istiqamətində tədbirlər görülür.
banner

Oxşar Xəbərlər