• cümə, 29 Mart, 19:04
  • Baku Bakı 14°C

İsti havalarda iriqabaritli maşınlar yollara buraxılmayacaq?

04.09.13 10:31 2822
İsti havalarda iriqabaritli maşınlar yollara buraxılmayacaq?
Milli Məclisdən APA–ya verilən məlumata görə, bununla bağlı “Yol hərəkəti haqqında” qanunla yanaşı bir sıra sənədlərə də əlavə və dəyişikliklər müzakirəyə çıxarıla bilər.
Buna səbəb olaraq son illər respublika ərazisində yenidən təmir olunan yolların mühafizəsinin təmini və ağır yük maşınlarının bu temperaturda yarada biləcəyi qəzaların qarşısının alınmasıdır. Hazırda layihə üzərində Nəqliyyat Nazirliyinin və Baş Dövlət Yol Polisi İdarəsinin mütəxəssisləri ilə birlikdə iş gedir. Layihənin parlamentin payız sessiyasında müzakirəyə çıxarılması planlaşdırılır.
banner

Oxşar Xəbərlər