• cümə, 19 Aprel, 06:09
  • Baku Bakı 13°C

İstəyirəm ki, “Qızıl top”u o alsın - Pike

23.05.17 15:30 1320
İstəyirəm ki, “Qızıl top”u o alsın - Pike
"Barselona”nın müdafiəçisi Xerard Pike Çempionlar Liqasının finalında "Yuventus”a azarkeşlik edəcək.
Kaspi.az xəbər verir ki, Pike "Yuventus”a uğur arzulayıb. O, bu il "Qızıl top”un "Yuven”in qapıçısı Buffona verilməsini arzuladığını da vurğulayıb:
"Meydanda iki güclü komandanın mübarizəsinə şahidlik edəcəyik. "Yuventus” artıq bir neçə ildi ki, əla futbol nümayiş etdirir və Avropanın ən güclü klubları arasındadır.
"Yuve”nin heyətində dahi futbolçu - Buffon var. Karyerasını və bu mövsümdəki oyununu nəzərə alsaq, o, qələbəyə layiqdir. İstəyirəm ki, Buffon Yaşindən sonra "Qızıl top”u alan ilk qapıçı olsun.
Buffon Çempionlar Liqasında qələbəyə doğru irəliləyir. "Yuve”də daha bir dostumuz - sabiq həmklubum Dani Alves də var. Onu qalib kimi görmək istəyirəm”.
Lev Yaşin "Qızıl topu” qazanan yeganə qapıçıdı. Çempionlar Liqasının finalı iyunun 3-də Kardiffdə keçiriləcək.
banner

Oxşar Xəbərlər