AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İstehlak məhsullarının və xidmətlərin qiymətləri açıqlanıb

İstehlak məhsullarının və xidmətlərin qiymətləri açıqlanıb

İqtisadiyyat
10 Avqust 2020, 14:30 454
İyun ayında Bakı şəhəri üzrə istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 99,6 faiz, 2020-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 102,6 faiz təşkil edib.
Kaspi.az Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, cari ilin iyununda ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 98,5 faiz, 2020-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 104,9 faiz olub. İyunda qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi may ayına ilə müqayisədə 99,8 faiz, 2020-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 100,9 faiz təşkil edib. Hesabat dövründə əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 100,8 faiz, 2020-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 101,1 faiz olub.