• cümə, 29 Mart, 02:02
  • Baku Bakı 7°C

İstefa verən prezident seksual zorakılıqda ittiham olunur

21.11.17 14:20 3010
İstefa verən prezident seksual zorakılıqda ittiham olunur
İtaliya Futbol Federasiyasının prezidenti postundan istefa vermiş Karlo Tavekkioya qarşı ittiham irəli sürülüb.
Kaspi.az xəbər verir ki, Tavekkio seksual zorakılıqda ittiham olunur. 74 yaşlı funksioneri federasiyada işləmiş xanım əməkdaşlardan biri ittihama məruz qoyub.
Adı çəkilməyən xanım işlə bağlı müzakirələr aparmaq üçün Tavekkionun otağına daxil olarkən, seksual zorakılıqlara məruz qalıb. Özü də bu hadisələr dəfələrlə təkrarlanıb.
Məsələ ilə bağlı Roma prokurorluğu araşdırmalara başlayıb. Məlumata görə, zərərçəkən şəxs prokurorluq əməkdaşlarına audio və video sübutlar təqdim edəcək.
banner

Oxşar Xəbərlər