• çərşənbə axşamı, 16 aprel, 10:26
  • Baku Bakı 14°C

“İstedadını həvəssizliyi ilə öldürən işçilərə heyfim gəlir” - Gör-götür

24.04.20 12:30 3915
“İstedadını həvəssizliyi ilə öldürən işçilərə heyfim gəlir” - Gör-götür
"Coca-Cola”da maliyyə direktoru vəzifəsində çalışan həmyerlimiz Əjdər Salahov: "Mülayim müdir obrazında olmuşam və belə də davam etmək istəyirəm”
Eyni şirkətdə çalışmaqla bağlı danışanda hər kəs müəyyən bir limitli müddət səsləndirir. Adətən 2-3 il eyni şirkətdə çalışmağın kifayət olduğunu deyirlər. O isə 13 ildir eyni şirkətdə çalışır və yanaşması fərqlidir. "Tez-tez şirkət dəyişdirəndə, rəhbərliyə səni tanımaq fürsəti də vermirsən” deyən müsahibimiz Tacikistanda "Coca-Cola” şirkətinin maliyyə direktoru vəzifəsində çalışan həmyerlimiz Əjdər Salahovdur.

Ə.Salahov Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsində həm bakalavr, həm də magistr təhsili alıb.

- "Linkedin” profilinizdə çalışdığınız şirkət olaraq yalnız "Coca-Cola”qeyd olunub. Maraqlıdır, karyeranızda işlədiyiniz şirkət yalnız "Coca-Cola”dır?
- Yox, magistr təhsili aldığım dönəmdə il yarım bankda işləmişdim. Təhsili başa vurub hərbi xidmətə getdim, qayıtdıqdan sonra "Coca-Cola”da işə başladım. Bir ay sonra bu şirkətdə çalışmağımın 13 ili tamam olacaq.

- Maraqlıdır, niyə hərbi xidmətdən qayıtdıqdan sonra bank sektorunda davam etmədiniz?
- Bank sektoru maliyyə və mühasibatda çalışanlar üçün çoxda geniş sahə deyil və bu cəhətdən mənə maraqsız gəldi. O sahədə qalmadığıma peşman deyiləm. Mən istehsalat olan şirkətdə çalışmaq istəyirdim.

- İstehsalat olan sahənin maliyyə şöbəsində çalışan əməkdaş üçün marağı nədən ibarətdir?
- İstehsalat sahəsi maliyyə və mühasibatlıq işçiləri üçün çox maraqlı olur. Daha çox hesablarla işləyirsən və daha fərqli hesabatlar aparırsan. Ona görə istehsalat sahəsində fəaliyyət göstərən şirkətdə çalışmaq daha çox zövq verir. Bunu maliyyə və mühasibatlıq sahəsində çalışan şəxslər də təsdiqləyə bilərlər.


banner

Oxşar Xəbərlər