• cümə, 26 Aprel, 03:38
  • Baku Bakı 16°C

İstanbulda yaşayan aztəminatlı azərbaycanlı ailələrə dəstək məqsədilə xeyriyyə aksiyası keçirilib

30.08.20 18:52 743
İstanbulda yaşayan aztəminatlı azərbaycanlı ailələrə dəstək məqsədilə xeyriyyə aksiyası keçirilib
Avqustun 30-da İstanbulda yaşayan aztəminatlı azərbaycanlı ailələrə dəstək məqsədilə xeyriyyə aksiyası keçirilib.
AZƏRTACxəbər verir ki, aksiya Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi, İstanbulda fəaliyyət göstərən Dünya Azərbaycanlıları Yazarlar və Media, eləcə də İstanbul Azərbaycan Dostluq dərnəklərinin təşkilatçılığı ilə baş tutub. Aksiya çərçivəsində 844 nəfər olmaqla ümumilikdə 210 ailəyə maddi yardım göstərilib.
Yardım göstərilənlərin əksəriyyəti 1990-cı illərdə İstanbula gələn və burada məskunlaşan ailələrdir. Hazırda COVID-19 pandemiyası ilə əlaqədar bəzi iş yerlərinin fəaliyyətinin müvəqqəti dayandırılması bütün dünyada olduğu kimi, onların da gündəlik həyatına mənfi təsir göstərib. Mövcud vəziyyəti Diasporla İş üzrə Dövlət Komitəsi nəzarətə götürüb və onlara lazımi yardımlar göstərilir.
Bu günədək qeyd edilən dərnəklərin birgə təşkilatçılığı ilə ümumilikdə mindən çox ailəyə yardım edilib. Bu ailələrin 39-u tənha analar, 18-i isə doğuşdan əlilliyi olan uşaqlı ailələrdir.

banner

Oxşar Xəbərlər