• cümə, 19 Aprel, 11:43
  • Baku Bakı 13°C

İstanbulda avtobus partladılıb: yaralı tələbələr var

26.04.17 19:03 678
İstanbulda avtobus partladılıb: yaralı tələbələr var
Türkiyənin İstanbul şəhərində mini avtobusda baş vermiş partlayışın təfərrüatları məlum olub.
Trend-in məlumatına görə, özünü tələbə kimi aparan bir nəfər çantasını avtobusa qoyduqdan sonra tez bir zamanda qayıdacağını deyib və ərazidən uzaqlaşıb. Sürücü bir qədər gözlədikdən sonra avtobusu hərəkətə gətirib və yolda olarkən çantadakı partlayıcı qurğu işə düşüb.
Hadisə nəticəsində 6 nəfər xəsarət alıb. Bundan əvvəl 7 nəfərin yaralandığı bildirilirdi.
X X X
17:25
Türkiyənin İstanbul şəhərində mini avtobus partlayıb.
Trend-in məlumatına görə, Pendik rayonunda Sabiha Gökçen hava limanı yolunda hərəkət edən özəl universitetlərdən birinə məxsus xidməti avtobusda baş vermiş partlayış nəticəsində 7 tələbə yaralanıb.
Əraziyə xilasetmə və təcili tibbi yardım briqadaları cəlb olunub. Yol bağlanıb.
Hadisənin səbəbi hələ bilinmir.
banner

Oxşar Xəbərlər