• şənbə, 20 Aprel, 17:29
  • Baku Bakı 23°C

İstanbulda “21 Azər” Hərəkatıyla bağlı toplantı keçirilib

16.12.17 22:00 2310
İstanbulda “21 Azər” Hərəkatıyla bağlı toplantı keçirilib
İstanbulda "21 Azər” Hərəkatının və Cənubi Azərbaycanda milli dövlətin qurulmasının 72-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

APA-nın məlumatına görə, iclasda çıxış edən Orta Şərq üzrə tanınmış mütəxəssis Arif Kəskin, Cənubi Azərbaycan məsələsinə tarixi perspektivdən yanaşaraq, Cənubi Azərbaycan məfhumunun rüşeymlərinin Bakıda formalaşdığını və Şimali Azərbaycandakı dövlətçilik düşüncəsinin daima Cənubi Azərbaycandakı hərəkatlar üzərində təsir yaratdığını vurğulayıb. Arif Kəskin, Cənubi Azərbaycanda cərəyan edən proseslərdə "təhsil” və "mədəniyyət” məfhumlarının böyük önəmə malik olduğunu bildirib.

İclasda çıxış edən Güney Azərbaycan Demokrat Partiyasının lideri Mahmud Bilgin də Pişəvəri hökumətinin qurulmasında və idarə edilməsində Bakının verdiyi dəstəyin əhəmiyyətindən danışıb.

Toplantının sonunda natiqlər suallara cavab veriblər.
banner

Oxşar Xəbərlər