AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İstanbul və Londondan daha 175 Azərbaycan vətəndaşı ölkəyə gətirilib

İstanbul və Londondan daha 175 Azərbaycan vətəndaşı ölkəyə gətirilib

Cəmiyyət
03 Aprel 2020, 16:36 867
"Azərbaycan Hava Yolları" QSC (AZAL) tərəfindən aprelin 3-də İstanbuldan Bakıya çarter reysi yerinə yetirilib. Həmin reyslə 106 nəfər Azərbaycan vətəndaşı Bakıya çatdırılıb.
"APA-Economics"in AZAL-a istinadən verdiyi məlumata görə, eyni zamanda, bu gün səhər saatlarında AZAL-ın təyyarəsi ilə 69 sərnişin Londondan Bakıya gətirilib.
Bundan əlavə, dünən axşam Moskva şəhərindən (Vnukovo hava limanı) uçuş yerinə yetirən AZAL aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda enib. Təyyarədə 123 sərnişin olub.

Azərbaycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.