• çərşənbə axşamı, 19 mart, 12:21
  • Baku Bakı 8°C

İstanbul Kitab Sərgisinin proqramı açıqlandı

23.10.17 12:02 11317
İstanbul Kitab Sərgisinin proqramı açıqlandı
Cari ilin 4-12 noyabr tarixlərində reallaşacaq 36-cı İstanbul Beynəlxalq Kitab yarmarkasında təşkil olunacaq imza günləri, mühazirə və görüşlərin siyahısı açıqlanıb. TÜYAP Sərgi və Konfrans Mərkəzinin Böyükçəkməcədə təşkil etdiyi yarmarkada 850 nəşriyyat və vətəndaş cəmiyyəti özünü təqdim edəcək. Sərgi boyu söhbət, görüş, panel, şeir saatları və uşaq üçün dərnəklər də daxil olmaqla 300 tədbir baş tutacaq. Yarmarkanın builki ana mövzusu "Yaxşı ki varsan, Ədəbiyyat!”-dır. Məhz bu səbəbdən təşkil olunan tədbirlər müxtəlif yaş qruplarını əhatə edəcək. İstanbul Beynəlxalq Kitab Yarmarkası ədəbiyyatın fərdin və cəmiyyətin həyatındakı əhəmiyyətli yerini xatırladaraq, kitabların gücünü kəşf etmək fürsəti verən nüfuzlu ədəbi tədbirdir.
Festival havasında keçən sərginin builki fəxri yazarı Ayla Kutlu, fəxri qonağı isə Koreya Respublikasıdır. Kitabları koreya dilindən türkcəyə tərcümə olunmuş yazarlar 4-12 noyabr tarixlərində oxucuları ilə görüşəcəklər. Koreya sərgiyə "İpək yolunun iki ucu: Türkiyə və Koreya” sərlövhəsi altında tədbirlərlə qatılacaq. Koreyanın Türkiyədə tanınan imzalarından Çoe Yan, Kim Ae-ran, Son Honq-qyu, Li Seonq-Bok, Çunq Yanq Hi və An Do-hyunun oxucuları adıçəkilən müəlliflərlə görüşlər və qiraət saatlarına pulsuz qatıla biləcəklər.
Yarmarkanın digər maraqlı bir tədbiri isə ayın 11-də reallaşacaq. Dünya detektiv-kriminal ədəbiyyatının nüfuzlu imzalarından irlandiyalı Qlen Med "Kırmızı Kedi” nəşriyyatının fəxri dəvətlisi kimi oxucuları ilə görüşəcək.
banner

Oxşar Xəbərlər