• cümə axşamı, 18 aprel, 09:30
  • Baku Bakı 12°C

İsrail yeni nəsil kəşfiyyat peykini kosmosa buraxıb

11.07.20 18:30 724
İsrail yeni nəsil kəşfiyyat peykini kosmosa buraxıb
İsrail yeni nəsil kəşfiyyat peykini kosmosa buraxıb.
AZƏRTACxarici KİV-lərə istinadən xəbər verir ki, İsrail Müdafiə Nazirliyi və İsrail Aerokosmik Sənayesi "Ofek-16" kəşfiyyat peykini uğurla kosmosa buraxıb. Buraxılış "Şavit" işəsalma qurğusundan istifadə nəticəsində İsrailin mərkəzi hissəsində yerləşən kosmodromdan həyata keçirilib.
Müdafiə Nazirliyinin bəyanatına əsasən, "Ofek-16" qabaqcıl elektrooptik kəşfiyyat peykidir. Peyk buraxılışa kimi sınaqlardan keçib.
Xatırladaq ki, İsrailin "Ofek-1" qrupuna məxsus ilk peyki 1988-ci ildə buraxılıb.
banner

Oxşar Xəbərlər