• cümə, 29 Mart, 01:07
  • Baku Bakı 7°C

İsrail şirkətləri Dağlıq Qarabağa investisiya yatırmaq istəyir

10.03.21 19:45 1002
İsrail şirkətləri Dağlıq Qarabağa investisiya yatırmaq istəyir
İsrail şirkətləri Dağlıq Qarabağın bərpasında Azərbayacana kömək təklif edir.
Kaspi.az İsrail KİV-lərinə istinadən xəbər verir ki, bunu"İsraildə Azərbaycan Evi”nin rəhbəri Arye Qutdeyib.
Onun sözlərinə görə, İsrail şirkətləri Azərbaycanın işğaldan azad etdiyi ərazilərə investisiya yatırmaqda maraqlıdır.
A.Qut deyib ki, Azərbaycan və İsrail sıx əməkdaşlığı sayəsində aqrar, tibbi, müdafiə və digər sahələrdə əlaqələri möhkəmləndirib: "İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub, Avrasiyada heç bir ölkə İsrail üçün Azərbaycandan daha yaxın dost olmayıb. Bununla yanaşı, İsrail Azərbaycan neftinin əsas alıcılarından biridir”.
Azərbaycanın Türkiyədəki səfiri İbrahim Xəzərisə bildirib ki, İsrail şirkətləri Dağlıq Qarabağın bərpasında Azərbaycana kömək etmək təklifini irəli sürüblər.
İ.Xəzər deyib ki, Qarabağın bərpasında köməklik təklif edən ölkələr İran, Böyük Britaniya, İtaliya, Macarıstandır: "İşğaldan azad edilən ərazilərin bərpası texnoloji yeniliklərlə yanaşı bölgənin tarixi və orijinal irsinin qorunub saxlanılmasını təmin etməklə həyata keçiriləcək”.
Onun sözlərinə görə, Naxçıvan koridoru regional əməkdaşlıq üçün yeni imkanlar açır: "Buna baxmayaraq, Ermənistanın hücumlarından maddi ziyanın həcmi50 milyonABŞ dolları dəyərində qiymətləndirilir. Azad edilmiş torpaqların görüntülərindən məlum olur ki, ərazilərimiz tamamilə viran olub. Ermənistan700tarixi və mədəni obyekti,700kitabxananı,85sənət və musiqi institutunu,22muzeyi,100 minlərləevi,4sənət qalereyasını,4teatrı vəikikonsert salonunu tamamilə dağıdıb.
İ.Xəzər vurğulayıb ki, müharibə zamanı Azərbaycan ordusunun qarşısında aciz qalan erməni hərbçiləri, hətta şəhərlərdə, müharibə bölgəsindən uzaq ərazilərdə mülki insanlara atəş etməkdən belə çəkinmədilər: "Bunun nəticəsində100vətəndaşımız öldürüldü,416nəfəryaralandı və mülki infrastruktura böyük ziyan dəydi".
Qüds Strateji və Təhlükəsizlik İnstitutunda beynəlxalq münasibətlər üzrə mütəxəssisi Miki Aharonsonbildirib ki, İsrailin Azərbaycanla əlaqələrini davam etdirməsini vacib edən maraqların cəmi dəyişməyib: "Uzun illər İsrail Azərbaycanla bütün sahələrdə, o cümlədən iqtisadiyyat sahəsində yaxşı əlaqələrini qoruyub saxlayıb”.
banner

Oxşar Xəbərlər