• cümə, 29 Mart, 17:48
  • Baku Bakı 14°C

İsrail səfiri: "Qadınlar qorxusuz, ləyaqətli həyatı haqq edirlər"

25.11.20 14:30 447
İsrail səfiri: "Qadınlar qorxusuz, ləyaqətli həyatı haqq edirlər"
"Qadınlar qorxudan azad, ləyaqətli həyatı haqq edirlər”.
APA-nın xəbərinə görə, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü ilə bağlı videomüraciətində deyib.
"Bu gün sizinlə müharibə barədə danışmaq istəyirəm. Mən gender əsaslı zorakılığa son qoymağı hədəf alan müharibədən bəhs edirəm. Dünyadakı hər 3 qadından biri cinsi və ya fiziki zorakılıq yaşayır. Demək olar ki, bütün qadınlar həyatlarının bir nöqtəsində cinsi təcavüzə məruz qalırlar. Heç kim belə təcrübələrdən keçməməlidir. Bu gün gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyasına başlayırıq. Qadınlar qorxudan azad, ləyaqətli bir həyatı haqq edirlər. Biz hərəkət etməliyik. Gəlin ailəmiz və dostlarımız arasında məlumatlılığı artıraq. Gəlin qurbanların hekayələrini dinləyək və bacardığımız qədər kömək edək. Gəlin tabuları qıraq. Gəlin heç bir qadının qorxu içində yaşamaq məcburiyyətində qalmayacağına əmin olaq. Gender əsaslı zorakılığa son qoyaq”, - deyə müraciətində bildirib.

banner

Oxşar Xəbərlər