• çərşənbə axşamı, 23 aprel, 14:57
  • Baku Bakı 24°C

İsrail səfiri: "Azərbaycanın yanındayıq"

20.01.21 17:15 624
İsrail səfiri: "Azərbaycanın yanındayıq"
İsrailin Azərbaycandakı səfiri Corc Dik 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib.
Kaspi.az-ın xəbərinə görə, İsrail səfiri bu barədə "Twitter"də bildirib.
"Bir çox azərbaycanlının - kişilərin, qadınların, uşaqların soyuq havada çölə çıxması, Qara Yanvar qurbanlarının xatirəsini yad etməsi ilhamvericidir. Bu, millətin birlik və hörmət ruhu, qurbanlarına göstərdiyi ehtiramda özünü göstərir", - deyə səfir qeyd edib.
Qeyd edək ki, İsrailin Azərbaycandakı səfiri Şəhidlər xiyabanını ziyarət edib.
"Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçənlərin xatirəsini ehtiramla yad etmək üçün İsrail dövləti adından Şəhidlər xiyabanını ziyarət etdim. Bəzən hamı nəyisə qurban verir və bəzən bəziləri hər şeyini qurban verir. Qara Yanvar faciəsi qurbanlarının anılmasında Azərbaycanın yanındayıq".
banner

Oxşar Xəbərlər