• cümə axşamı, 25 aprel, 10:23
  • Baku Bakı 14°C

İsrail prezidenti bu gün yeni baş nazir vəzifəsinə namizədini açıqlayacaq

06.04.21 09:30 794
İsrail prezidenti bu gün yeni baş nazir vəzifəsinə namizədini açıqlayacaq

İsrail prezidenti Reuven Rivlin aprelin 6-da erkən parlament seçkilərindən sonra hökuməti qurmağı tapşıracağı 24-cü çağırış Knesset deputatının adını açıqlayacaq.
APATASS-a istinadən xəbər verir ki, bu barədə prezidentin ofisi tərəfindən bildirilib.
"Prezident Rivlin 5 aprel bazar ertəsi günü 24-cü çağırış Knessetə seçilmiş bütün partiyaların nümayəndələri ilə bir sıra görüşlər keçirib. Prezident hökumətin qurulmasını həvalə edəcəyi namizədlə bağlı qərarını aprelin 6-da açıqlayacaq”, - məlumatda belə deyilir.
Qanuna əsasən, Rivlin 7 aprel tarixinədək yeni İsrail hökumətinin qurulması vəzifəsinin həvalə ediləcəyi deputatı seçməlidir.
banner

Oxşar Xəbərlər