• cümə, 19 Aprel, 13:28
  • Baku Bakı 25°C

“İsrail İrana hücum edə biləcək gücdə deyil”

18.07.13 11:37 1498
“İsrail İrana hücum edə biləcək gücdə deyil”
“İsrailin İrana hücum edə biləcək gücü yoxdur”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İranın yeni prezidenti Həsən Ruhani bildirib.
Onun sözlərinə görə, İranın 8 illik bir müdafiə təcrübəsi var: “8 illik müqəddəs müdafiə dövründə (İran-İraq müharibəsi nəzərdə tutulur) əldə edilən bütün zəfərlər İran xalqının qələbəsidir. Müqəddəs müdafiə dövründə böyük əməliyyatlarımız oldu. Bu əməliyyatlarda hər kəsin bir cür payı vardı. Ona görə də heç kimsə “yalnız mən vardım” deyə bilməz. İsrail kimdir ki, bizi təhdid etsin? Bu işğalçı rejim bizi həqiqi mənada təhdid edə bilməz, yalnız quru səs-küy qopara bilər. İsrailin İran xalqını həqiqi təhdid edə və ölkəmizə qarşı hərbi müdaxilə edə bilməməsinin səbəbi 8 illik müqəddəs müdafiədir. Onlar bilirlər ki, əgər bu hadisə baş verərsə, İran xalqı səmimi qəlblə, qorxmazlıqla və iqtidarla dayanacaq”.
H.Ruhani deyib ki, İranın Livan və Fələstindəki müqavimət hərəkatlarına dəstəyi davam edəcək. İran prezidenti həmçinin Suriya xalqının ölkədəki böhrana son verəcəyini də vurğulayıb: “Suriya xalqı xeyriyyəçi və sülhsevər qüvvələrin səyləri ilə mövcud şərtləri müvəffəqiyyətlə geridə buraxacaq, ölkənin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacaq. İran və Suriyanın dərin və tarixi əlaqələri var. Hər iki xalq İsrail başda olmaqla təcavüzkarların bölgə xalqlarına qarşı sui-qəsdləri ilə mücadilədə əməkdaşlığı inkişaf etdirəcəklər”.
banner

Oxşar Xəbərlər