• cümə axşamı, 02 may, 01:18
  • Baku Bakı 15°C

İspaniyanın bütövlüyünün tərəfdarları Barselonada mitinq keçirəcəklər

29.10.17 09:10 799
İspaniyanın bütövlüyünün tərəfdarları Barselonada mitinq keçirəcəklər
Kataloniya vilayət parlamentinin birtərəfli şəkildə müstəqillik elan etməsindən sonra bu qərarın tərəfdarları Barselonada aksiyalar keçirərək sevinclərini ifadə ediblər.
AZƏRTACxəbər verir ki, oktyabrın 29-da yerli vaxtla saat 12-də İspaniyanın bütövlüyünün tərəfdarları Barselonanın mərkəzində mitinq keçirməyi planlaşdırırlar. Mitinqin təşkilatçısı rolunda separatçılığın əleyhinə olan "Sociedad Civil Catalana" çıxış edir. Artıq PP (Xalq Partiyası), "Ciudadanos" və PSC (Kataloniya Sosialist Partiyası) kimi siyasi təşkilatlar da bu mitinqə qoşulacaqlarını bildiriblər.
"Kataloniya- biz hamımızıq!" şüarı altında keçiriləcək mitinqdən məqsəd tanınmamış respublikada deyil, demokratik və hüquqi dövlətdə yaşamaq istəyən ispanları və katalonları birləşdirməkdir.
banner

Oxşar Xəbərlər