• çərşənbə axşamı, 19 mart, 10:21
  • Baku Bakı 8°C

İspaniyada hər dörd uşaqdan biri üçün əsas problem təhsil və peşə hazırlığıdır

20.11.19 15:45 2191
İspaniyada hər dörd uşaqdan biri üçün əsas problem təhsil və peşə hazırlığıdır
UNICEF-in hazırladığı "2019-cu ildə uşaqlıq və yeniyetməliyin qiymətləndirilməsi barometri” adlı hesabatında deyilir ki, İspaniyada hər dörd uşaqdan biri üçün əsas problem təhsil və peşə hazırlığıdır. Gənc nəsil də cinsi əlamətlərə görə zorakılıqdan, sosial bərabərsizlik və iqlim dəyişməsindən narahatdır.
AZƏRTACxəbər verir ki, Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının 30 illiyi münasibətilə keçirilən hesabatın təqdimatında qeyd olunub ki, İspaniyada 11-18 yaş arası gənclər gender bərabərsizliyi, cinsiyyət əlamətləri üzrə zorakılıq (89,1 faiz) və bunun ardından gələn aclıq, səfalət və sosial bərabərsizlikdən (müvafiq olaraq 88,5 və 85,4 faiz), həmçinin ətraf mühitin korlanmasından və iqlim dəyişikliyindən (84,5 faiz) narahatlıq hissi keçirirlər. Sorğuda bütün ölkədən 8598 uşaq və yeniyetmə iştirak edib.
UNICEF-in apardığı sorğuda iştirak edən uşaqların hər dördündən biri (23,17 faiz) üçün əsas problem təhsil və peşə hazırlığıdır. İkinci yerdə atmosferin çirklənməsi və ətraf mühit (11,01 faiz), sonra isə gələcək perspektivlər və iş problemi (9,53 faiz) gəlir.
Bütün bunlara baxmayaraq, sorğuda iştirak edən uşaq və yeniyetmələr gələcəyi nikbin baxırlar. Əlbəttə, subyektiv rifahın bu səviyyəsi ailənin dolanışığının aşağı düşməsi ilə sıx əlaqəlidir. Bu, xüsusən miqrantlar arasında geniş yayılıb.
banner

Oxşar Xəbərlər