• cümə, 26 Aprel, 02:01
  • Baku Bakı 16°C

İspaniya Konstitusiya Məhkəməsi Kataloniya parlamentinin müstəqillik qərarını ləğv edib

31.10.17 18:25 573
İspaniya Konstitusiya Məhkəməsi Kataloniya parlamentinin müstəqillik qərarını ləğv edib
İspaniya Konstitusiya Məhkəməsi Kataloniya parlamentinin müstəqilliklə bağlı qərarını ləğv edib.

APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, məhkəmə qərarının açıqlandığı dəqiqələrdə Brüsseldə olan Kataloniyanın keçmiş rəhbəri Karles Puçdemon dialoq başlayarsa, müstəqillik qərarını təxirə sala biləcəklərini bəyan edib. O, Brüsselə getməsinin səbəblərini də açıqlayıb: "Mən bura legitim rəhbər kimi gəlmişəm. Kataloniya problemini Avropanın qəlbində anlatmaq istədim. İspaniya məhkəməsinin cinayətləri deyil, fikirləri mühakimə etdiyini göstərmək üçün gəldim".

Qeyd edək ki, oktyabrın 27-də Kataloniya parlamenti regionun müstəqilliyi barədə qətnamə qəbul edib. 135 deputatdan 70-i qətnamənin lehinə səs verib. Bir saatdan sonra isə İspaniya Senatı Konstitusiyanın 155-ci maddəsinin tətbiqi barədə qərar qəbul edib. Nəticədə Kataloniya hökuməti və parlamenti buraxılıb, regiona müvəqqəti rəhbər təyin olunub.
banner

Oxşar Xəbərlər