• cümə, 19 Aprel, 14:18
  • Baku Bakı 25°C

İspaniya Kataloniyanın muxtariyyət statusunu ləğv edir

19.10.17 14:30 2236
İspaniya Kataloniyanın muxtariyyət statusunu ləğv edir
İspaniya hökuməti Kataloniyanın muxtariyyət statusunu ləğv edir.
APA-nın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə ölkəninNazirlər Kabinetiməlumat yayıb. Məlumata əsasən, Konstitusiyanın Kataloniyanın muxtariyyət statusunun ləğvini nəzərdə tutan 155-ci maddəsinin tətbiqinə başlanacaq.
Rəsmi Madrid Kataloniyanın müstəqilliyindən imtina edilməsi ilə bağlı verdiyi möhlət bu gün başa çatıb. Kataloniyamuxtariyyətinin rəhbəriKarles Puçdemon isə rəsmi Madridin onlarla dialoqa başlamayacağı təqdirdə Muxtar Respublikanın parlamentində müstəqilliq məsələsini səsverməyə çıxaracaqlarını bəyan edib.
Qeyd edək ki, K. Puçdemon bu il oktyabrın 1-də keçirilən mübahisəli referendumdan sonra Kataloniyanın müstəqilliyinin elan olunacağını bildirib.
banner

Oxşar Xəbərlər