İspaniya çempionatının IX turuna start verilib

İspaniya çempionatının IX turuna start verilib

İdman
19 Oktyabr 2019, 10:30 145
Oktyabrın 18-də futbol üzrə İspaniya La Liqasının IX turunun ilk qarşılaşmasında "Qranada" doğma meydanda "Osasuna"nı qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüş maraqlı hücumlarla yadda qalsa da oyunda cəmi bir qol qeydə alınıb. Görüşdə yeganə qolu 38-ci dəqiqədə "Qranada"nın müdafiəçisi Dominqos Duarte vurub. Beləliklə "Qranada" doğma meydanda "Osasuna"nı 1:0 hesabı ilə məğlub edib. Bu oyundan sonra "Qranada" turnir cədvəlində 17 xalla ikinci pillədə qərarlaşıb.
Turun digər oyunları bu gün və sabah keçiriləcək.