• cümə, 19 Aprel, 03:09
  • Baku Bakı 18°C

İsmayıllıda yazlıq kartof əkininə başlanılıb

10.03.17 11:15 730
İsmayıllıda yazlıq kartof əkininə başlanılıb
İsmayıllı rayonunda yazlıq kartof əkininə başlanılıb və qısa müddətdə 100 hektardan çox sahədə əkin aparılıb.
Rayon icra hakimiyyətindənAZƏRTAC-a bildirilib ki, cari mövsümdə 900 hektar sahədə əkin aparılması gözlənilir. Hər yerdə şum vaxtında və keyfiyyətli çıxarılıb, sahələrə üzvi və mineral gübrələr verilib.
İsmayıllıda ötən il inişilkindən 3 min ton çox olmaqla, 10 min tona yaxın məhsul istehsal edilib. Son illər fermer təsərrüfatları əkin və becərmə işlərinə elmi əsaslarla yanaşırlar. Belə ki, 2016-cı ildə 165 hektar sahədə Almaniya və Hollandiyadan gətirilən yüksək reproduksiyalı toxumdan istifadə edilməklə sənaye üsulu ilə əkin aparılıb, sahələr müasir texnologiya ilə becərilib. Nəticədə hər hektardan 500-700 sentner yüksək keyfiyyətli məhsul əldə olunub.
Cari mövsümdə isə sənaye texnologiyası ilə 300 hektarda kartof əkini nəzərdə tutulub.
banner

Oxşar Xəbərlər