• şənbə, 20 Aprel, 17:09
  • Baku Bakı 23°C

İsmail Serageldin: Bakı Forumu artıq beynəlxalq miqyaslı hadisəyə çevrilib

18.03.17 20:47 740
İsmail Serageldin: Bakı Forumu artıq beynəlxalq miqyaslı hadisəyə çevrilib
Dünyanın üzləşdiyi bir çox problemlərin müzakirəsi, onların həlli yollarının araşdırılmasın baxımından Bakı forumunun əhəmiyyəti danılmazdır. Münaqişələr zamanı zor tətbiq etmək, ətraf mühitin çirklənməsi, bir çox cəmiyyətlərdə qadınlara qarşı diskriminasiyanın davam etməsi, azlıqların təcrid olunması və buna bənzər bir çox məsələlər dərindən təhlil edilib dəyərləndirilməlidir.
Bu fikirləri Beşinci Qlobal Bakı Forumu barədə təəssüratlarınıAZƏRTAC-ın müxbiri ilə bölüşən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin deyib.
Bakı Forumunun artıq beynəlxalq miqyaslı hadisəyə çevrildiyini bildirən İsmail Serageldin tədbirdə hazırkı prezidentlərin iştirakının, onların təkbətək görüşlər keçirməsinin yeni əlaqələrin yaradılması üçün mühüm imkan yaratdığını vurğulayıb: "Bizə inandığına və göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə çox minnətdarıq. Onun ilk gündən bizim Forumun yüksək səviyyədə keçirilməsi üçün göstərdiyi təşəbbüslər əvəzolunmazdır”.
Hər bir münaqişənin həllində fundamental prinsiplərə əməl olunmasının vacibliyinə toxunan İsmail Serageldin güc tətbiqinin yolverilməzliyini, sülhün təmin olunmasının zəruriliyini diqqətə çatdırıb. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də söhbət açaraq bildirib ki, problemin həllində BMT-nin qətnamələri əsas götürülməlidir.
banner

Oxşar Xəbərlər