• cümə, 19 Aprel, 09:55
  • Baku Bakı 13°C

İslamiada: Qadın həndbolçularımız “Bakı-2017”nin çempionu olublar

14.05.17 20:10 1146
İslamiada: Qadın həndbolçularımız “Bakı-2017”nin çempionu olublar
Bu gün qadın həndbolçuların yarışının finalında qalib gələn Azərbaycan yığması "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.
APA-nın məlumatına görə, həndbolçu qızlarımız həlledici qarşılaşmada Türkiyə yığmasını məğlub ediblər - 28:26.
Sürətli və qarşılıqlı hücumlar şəraitində keçən oyunun ilk hissəsində həndbolçularımız əldə etdikləri üstünlüyü qoruyub saxlaya biliblər – 14:11. Həndbolçularımız matçın ikinci hissəsində fəallaşaraq oyunda dönüş yaratmağa çalışan Türkiyə millisinin müqavimətini son dəqiqələrdə qırmağı bacararaq 28:26 hesabı ilə qələbə qazanıblar. Bununla da Azərbaycanın qadın həndbolçulardan ibarət milli komandası IV İslam Həmrəyliyi Oyunlarının çempionu adını qazanıb.
banner

Oxşar Xəbərlər