• cümə axşamı, 18 aprel, 11:33
  • Baku Bakı 12°C

İslamiada çərçivəsində taekvando yarışlarına start verildi

16.05.17 09:50 1230
İslamiada çərçivəsində taekvando yarışlarına start verildi
Bü gün IV İslam Həmrəyliyi Oyunları çərçivəsində taekvando yarışlarına start verilib.
Trend-in məlumatına görə, Bakı İdman Sarayında kemçirilən yarışların ilk günündə kişilər arasında 54, 58, qadınların mübarizəsində 46, 53, 57 kiloqram çəki dərəcələrində idmançılar güclərini sınayacaqlar.
Bu gün kişilər arasında yarışa səkkizdəbir finaldan başlayacaq milli komandamızın üzvlərindən Qaşım Maqomedov (54 kq) Umar İqballa (Pakistan), Fizam Mehtiyev (58 kq) isə özbəkistanlı idmançı Niyaz Pulatov ilə üz-üzə gələcək.
Qadınların mübarizəsində dörddəbir finaldan mübarizəyə qoşulacaq idmançılarımızdan Yaprak Eriş (57 kq) Pakistan təmsilçisi Farsin Hamdani ilə qarşılaşacaq.
İslamiadada üç gün ərzində keçiriləcək taekvando yarışlarında ölkəmizi 8-i kişi və 4-ü qadın olmaqla, ümumilikdə, 12 idmançı təmsil edəcək.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
banner

Oxşar Xəbərlər