AZE | RUS | ENG |


İslamiada: Azərbaycan yığması 8 medal qazanıb

İslamiada: Azərbaycan yığması 8 medal qazanıb
Azərbaycan yığması Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının 8-ci günündə 8 medal qazanıb. Apasport.az saytının məlumatına görə, yığmamız 4 qızıl, 2 gümüş və 2 bürünc medal əldə edib.
 
Yelena Çebanu (paraatletika, 200 m), Mahir Əmiraslanov (sərbəst güləş, 57 kq), Nurmaqomed Hacıyev (sərbəst güləş, 97 kq) və Olqa Bıkovskaya (suyatullanma, 10 m platforma) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
 
Gümüş mükafata isə Jinq Ninq (stolüstü tennis, qadınlar) və Maqomed Müslimov (sərbəst güləş, 65 kq) yiyələniblər.
 
Miao Vanq (stolüstü tennis, qadınlar) və sinxron suyatullanma cütlüyü (3 m, Artyom Danilov, Dmitri Sorokin) bürünc medal qazanmağı bacarıblar.
 
Bununla da ümumi medal 124-ə çatıb. Bu mükafatların 63-ü qızıl, 35-i gümüş, 26-sı bürüncdü. Millimiz əvvəlki günlərlə müqayisədə az medal qazansa da, ümumi sıralamada liderliyi ələ alıb. Belə ki, yığmamız mükafatların əyarına görə tərtib olunan cədvəldə Türkiyəni arxada qoyub. 3-cü pillədə isə İran qərarlaşıb.
 
Ümumilikdə İslamiadada indiyədək 218 medal dəsti sahibini tapıb. İştirakçı ölkələrdən 25-i çempionluq, 36-sı mükafat sevinci yaşayıb.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7081
GBP 1 İngilis funt sterlinqi 2.2084
TRY 1 Türk lirəsi 0.4757
KWD 1 Küveyt dinarı 5.6114
SEK 1 İsveç kronu 0.1953
EUR 1 Avro 1.9029
CHF 1 İsveçrə frankı 1.7439
USD 1 ABŞ dolları 1.7021