AZE | RUS | ENG |


İslamiada: 199 dəst medal sahibini tapıb

İslamiada: 199 dəst medal sahibini tapıb
Azərbaycan millisi Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının yeddinci günündə 17 medal qazanıb. Apasport.az saytının məlumatına görə, idmançılarımız 9 qızıl, 4 gümüş və 4 bürünc medal əldə ediblər.
 
Cavid Çələbiyev (boks, 60 kq), Nurlan İbrahimov (paraatletika, 100 m), Kamran Məmmədov (yunan-Roma güləşi, 66 kq), Elvin Mürsəliyev (yunan-Roma güləşi, 75 kq), İslam Abbasov (yunan-Roma güləşi, 85 kq), Teymur Məmmədov (boks, 91 kq), Məhəmmədrəsul Məcidov (boks, +91 kq), Ramin Əzizov (taekvondo, 87 kq), qadınlardan ibarət voleybol yığması (Ceyran Əliyeva, Kseniya Koçyığıt, Odina Bayramova, Ayşən Abduləzimova, Olena Həsənova, Yelizaveta Səmədova, Yana Kulan, Katerina Jidkova, Valeriya Məmmədova, Kristina Yaqubova, Aynur Kərimova, Oksana Kiselyova, Polina Rəhimova, Şəfaqət Həbibiova) qızıl medal qazanıb.
 
Elçin Muradov (paraatletika, 100 m), Tamerlan Abdullayev (boks, 69 kq), Kamran Şahsuvarlı (boks, 75 kq), Rauf Rəhimov (boks, 81 kq) isə 2-ci yeri tutub.
 
Bürünc medala isə Tayfur Əliyev (boks, 56 kq), Dmitri Sorokin (suyatullanma, 3 m tramplin), Məhəmməd Məmmədov (taekvondo, 63 kq) və Sabah Şəriəti (yunan-Roma güləşi, 130 kq) sevinib.
 
Bununla da yığmamızın İslam Həmrəyliyi Oyunlarında qazandığı medal sayı 116-ya çatıb. Təmsilçilərimiz 59 qızıl, 33 gümüş və 24 bürünc medal əldə edib.
 
Komandamız bu göstərici ilə ümumi hesabda ikinci pillədə qalıb. Azərbaycan yığması yalnız Türkiyədən geridədi.
 
Ümumilikdə isə 7 gün ərzində 199 dəst medal sahibini tapıb. Bu mükafatları 34 ölkədən olan idmançılar qazanıb. Çempionluq sevincini isə 23 yığma üzvləri yaşayıb. 





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7081
GBP 1 İngilis funt sterlinqi 2.2084
TRY 1 Türk lirəsi 0.4757
KWD 1 Küveyt dinarı 5.6114
SEK 1 İsveç kronu 0.1953
EUR 1 Avro 1.9029
CHF 1 İsveçrə frankı 1.7439
USD 1 ABŞ dolları 1.7021