• cümə, 26 Aprel, 03:21
  • Baku Bakı 16°C

İslam Partiyasının sədr əvəzi Milli Şuranı tərk edib

13.09.13 17:42 1464
İslam Partiyasının sədr əvəzi Milli Şuranı tərk edib
Milli Şurada təmsil olunan İslam Partiyasının sədr əvəzi Elçin Manafov üzvü olduğu qurumdan istefa verib. Bunu APA-ya E. Manafov özü deyib.
O bildirib ki, İslam Partiyası Ədalət Partiyasının prezidentliyə namizədi İlyas İsmayılovu dəstəkləmək barədə qərar qəbul edib: “Lakin bəzi dostlarımız maraqlandı ki, siz Milli Şuranın üzvü olaraq İlyas İsmayılovun namizədliyini niyə dəstəkləyirsiniz? Mən də rəsmi olaraq bəyanat yaydım ki, artıq Milli Şuranın üzvü deyiləm. Əslində biz könüllü şəkildə Milli Şuraya üzv olmaq üçün müraciət etməmişdik. Milli Şura yarananda bizim adımızı da siyahıya yazdılar və biz də buna etiraz etmədik”.
banner

Oxşar Xəbərlər