• çərşənbə axşamı, 19 mart, 11:02
  • Baku Bakı 8°C

İslam Oyunları zamanı turistlərə mədəni proqramlar təqdim ediləcək

18.04.17 17:46 1221
İslam Oyunları zamanı turistlərə mədəni proqramlar təqdim ediləcək
"Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları zamanı Azərbaycana gələcək qonaqlar üçün xüsusi mədəni proqramlar hazırlanıb. Hazırda həmin proqramlar təsdiqlənmək ərəfəsindədir".
APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziriƏbülfəs Qarayevdeyib.

Nazir bildirib ki, oyunlar zamanı bütün teatrlarda, konsert və sərgi salonlarında islam mədəniyyətinə və ənənələrinə həsr olunan proqramlar həyata keçiriləcək: "Bu, o demək deyil ki, yalnız islam dininə aid olan tamaşalar nümayiş etdirəcəyik. Azərbaycan xalqı dünyəvi proseslərin də iştirakçısıdır. Ona görə də biz bunu sintez etməyi düşünürük. Hesab edirik ki, bu da qonaqların marağını cəlb edəcək. İslam Oyunları zamanı turistlərin gəlməsi mədəniyyət obyektlərinin maliyyə durumuna da müsbət təsir göstərəcək".

Ə.Qarayev əlavə edib ki, "Formula" yarışları zamanı mədəniyyət obyektləri işçilərinin iş cədvəlinin dəyişdiriləcəyi gözlənilir.

Nazir Azərbaycana gələcək qonaqların yerləşdirilməsi məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, Azərbaycanda həmin dövr üçün hotellərin doluluq faizi çox yüksəkdir: "İnanıram ki, həm oyunlar, həm "Formula", həm də digər beynəlxalq əhəmiyyətli tədbirlər zamanı Azərbaycan otelləri lazımi, keyfiyyətli xidmətlər təklif edə biləcəklər".
banner

Oxşar Xəbərlər