• çərşənbə axşamı, 23 aprel, 15:59
  • Baku Bakı 24°C

İslam Manafov İstanbuldan növbəti onlayn konsert verib

27.04.20 09:15 930
İslam Manafov İstanbuldan növbəti onlayn konsert verib
Azərbaycan Diasporuna Dəstək Fondunun təşəbbüsü ilə Azərbaycanın Əməkdar artisti, görkəmli pianoçu İslam Manafov Türkiyənin İstanbul şəhərindən onlayn konsert verib.
AZƏRTACxəbər verir ki, konsert proqramı COVID-19 pandemiyasına qarşı qabaqlayıcı tədbirlər çərçivəsində "Biz birlikdə güclüyük” kampaniyasına dəstək məqsədilə keçirilib.
Klassik piano musiqisindən ibarət konsertdə müxtəlif ölkələrin bəstəkarlarının kompozisiyaları ifa edilib. Onlayn musiqi gecəsi fondun rəsmi "facebook” hesabından yayımlanıb.
Xatırladaq ki, pandemiya günləri ərzində Manafovlar ailəsi dünyanın müxtəlif bölgələrindən konsertlər verirlər.
banner

Oxşar Xəbərlər