AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İslam Kərimovun rəsmi səfəri başladı

İslam Kərimovun rəsmi səfəri başladı

12 Oktyabr 2012, 10:02 881
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Özbəkistan Prezidenti İslam Kərimovun oktyabrın 12-də rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verdi.

Prezident İlham Əliyev Özbəkistan Prezidenti İslam Kərimovu qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Özbəkistan Prezidentinə raport verdi.

Özbəkistan Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.
Prezidentlər İlham Əliyev və İslam Kərimov fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Özbəkistan Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycanın dövlət və hökumət rəsmiləri Özbəkistan Prezidenti İslam Kərimova, Özbəkistan nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim edildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.
Prezidentlər rəsmi fotoşəkil çəkdirdilər.