• cümə, 19 Aprel, 17:16
  • Baku Bakı 25°C

İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsini soyqırımı aktı kimi tanıdı

12.12.13 10:35 1371
İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsini soyqırımı aktı kimi tanıdı
İƏT-ə bağlı beynəlxalq qurum kimi Sessiyanın işində təmsil olunan Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumundan (DƏ-İKGF) APA-ya verilən məlumata görə, Forum tərəfindən təqdim edilmiş qətnamə layihəsi İƏT XİNŞ tərəfindən sözügedən sessiya zamanı qəbul edilib və bununla İƏT XİNŞ Xocalı faciəsini soyqırımı aktı kimi tanımaqda mövqeyini qoruyub.
DƏ-İKGF nümayəndə heyətinin başçısı kimi sessiyada iştirak edən Elməddin Mehdiyev bildirib ki, Forum tərəfindən təqdim edilən qətnamə layihəsində DƏ-İKGF Mədəniyyətlər arası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə Forum tərəfindən həyata keçirilən "Xocalıya Ədalət" kampaniyasına həsr edilmiş xüsusi bənd ayrılıb. Həmin bəndə əsasən İƏT XİNŞ “Xocalıya Ədalət beynəlxalq məlumat kampaniyasını alqışlayır və üzv dövlətlərdən bu soyqırım aktını milli və beynəlxalq səviyyədə insanlığa qarşı cinayət kimi tanınması üçün Kampaniyanın işində fəal iştirak etməyə və lazımi səylər göstərməyə çağırır.
E.Mehdiyev əlavə edib ki, kampaniya çərçivəsində DƏ-İKGF-nin apardığı iş nəticəsində ilk dəfə olaraq Xocalı faciəsi İƏT Parlamentlər İttifaqı tərəfindən insanlığa qarşı cinayət və soyqırımı aktı kimi tanınıb. İƏT XİNŞ isə faciəni soyqırımı aktı kimi ilk dəfə 2012-ci ilin noyabr ayında Cibutidə keçirilən 39-cu Sessiya zamanı tanıyıb. Görülən işlərin nəticəsi kimi İƏT-in ali orqanı olan İƏT dövlət başçıları zirvəsi bu il Qahirədə keçirilən Zirvə zamanı faciəni insanlığa qarşı cinayət və soyqırımı aktı kimi tanıyıb.
Sözügedən qətnamə həmçinin, DƏ-İKGF tərəfindən həyata keçirilən "Dünyanı dəyişə biləcək 10 Gənc Müsəlman" beynəlxalq mükafat layihəsini alqışlamış və üzv dövlətləri bu sahədə DƏ-İKGF ilə əməkdaşlıq etməyə çağırıb. Qeyd olunan mükafat layihəsinə 2011-ci ilin noyabr ayında Bakıda DƏ-İKGF ve Azərbaycan hökumətinin birgə təşkil etdiyi İslam Əməkdaşlıq Təşkilatı Gənc Sahibkarlar Şəbəkəsinin (ICYEN) təsisedici konfransı zamanı start verilmişdir və ilk mükafatlandırma mərasiminin beynəlxalq səviyyədə təşkil edilməsi qərarlaşdırılıb. İƏT XİNŞ 40-ci sessiyası həmçinin, DƏ-İKGF-yə 2014-cü ildə İƏT ölkələri Gənclər və İdman Nazirlərinin konfransını təşkil etməyi həvalə edib.
banner

Oxşar Xəbərlər