• şənbə, 20 Aprel, 18:02
  • Baku Bakı 24°C

İslahatlar media sahəsinə də çatdı - Baş redaktorların fikirləri

13.01.21 21:45 414
İslahatlar media sahəsinə də çatdı - Baş redaktorların fikirləri
Son illər ölkədə müxtəlif istiqamətlərdə aparılan islahatlar media sahəsinə də çatdı. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılması bunu deməyə əsas verir. Azərbaycanda yeni yaradılan Medianın İnkişafı Agentliyi yeni innovativ əsalarda və yeni keyyfiyyətdə informasiya mühitinin formalaşması işində xüsusi missiya yerinə yetirəcək.
"Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) yazılı mətbuatı əhatə edirdisə, yeni agentliyin həm "online" media, agentliklər, adi vizual media, jurnalistlərin xaricdə təhsil alması və hansısa qanunun pozulması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət kimi genişləndirilmiş səlahiyyətləri var".
Kaspi.az xəbər verir ki, bunu "525-ci qəzet"in baş redaktoruRəşad Məciddeyib. Onun sözlərinə görə, yeni yaradılan agentliyik Azərbaycan mediasının inkişafına təkan verəcək:"Yeni agentliyin yaranmasını çox yüksək qiymətləndiririk, bu, Azərbaycan Prezidentinin mediaya diqqətinin növbəti bir sübutudur. Bilirik ki, son vaxtlar söhbətlər gedirdi, informasiya texnologiyaların və komunikasiyaların inkişafı, bunlar medianın qarşısına yeni tələblər qoyur və medianın yeni formaları yaranır. Bu baxımdan, indi həm mətbuatın inkişafının dərinləşdirilməsi barədə və yeni agentliyin yaranması, orada nəzərdə tutulan məqamlar daha geniş spektri əhatə edəcək.Düşünrəm ki, bunların hamısı mediamızın inkişafına bir kömək olacaq. Eyni zamanda, media haqqında qanunun iki ay ərazində hazırlanması nəzərdə tutulur. Biz də arzu edərdik ki, bu da geniş spektrli jurnalistlərin, mütəxəssislərin müzakirəsinə verilsin. Çünki informasiya texnologiyaları sürətlə inkişaf edir, çox güman ki, tez-tez bu qanunda dəyişikliklərin edilməsi gələcəkdə də vacib olacaq.Hesab edirəm ki, ölkədə son vaxtlar baş verən sürətli inkişaf prosesi mediaya da şamil olunur. Media bu işlərdən kənarda qalmamalıdır, bu proseslərlə ayaqlaşmalıdır”.
"Bakı xəbər" qəzetinin baş redaktoruAydın Quliyevinsözlərinə görə, Prezident İlham Əliyev Medianın İnkişaf Agentliyini təsis etməklə mediamızın inkişaf tarixində keyfiyyətcə yeni mərhələ açdı:"Media islahatında nəzərdə tutulmuş istiqamət və mövzular o qədər dərin və əhatəlidir ki, onların həyata keçirilməsi ölkəmizdə media sektorundakı ümumi mənzərəni və inkişaf təmayüllərini köklü şəkildə dəyişəcək. MEDİA-nın yeni rəhbərliyinin media sektorumuzun inkişafı sahəsindəki son çağırışlarla və durumla bağlı iş təcrübəsinə malik olması deməyə əsas verir ki, Agentlik cənab Prezidentin media qarşısında qoyduğu yeni inkişaf tələblərini əhəmiyyətli səviyyədə icra edə biləcək.İslahatlar medianın dövlət maliyyələşməsini, metodik dövlət və peşə platforması ilə təmin edilməsini, ən yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini, jurnalistlərin peşəkarlıq və təhsil səviyyəsinin artırılmasını, media-dövlət-cəmiyyət üçbucağında sağlam və şəffaf əməkdaşlığın daha da möhkəmlənməsini, medianın bütün qurumlarında məsuliyyət və etik-peşə davranışlarının daha təkmil hala gətirilməsini, beynəlxalq əlaqələrin həqiqətən qarşılıqlı faydalı platformaya çevrilməsini yüksək səviyyədə təmin edə biləcək". (Trend)
banner

Oxşar Xəbərlər