• cümə, 29 Mart, 09:04
  • Baku Bakı 5°C

İŞİD liderinin öldürüldüyü xəbəri yayılıb

16.06.17 13:45 699
İŞİD liderinin öldürüldüyü xəbəri yayılıb
Rusiya Müdafiə Nazirliyi İŞİD liderinin öldürüldüyü barədə məlumatı yoxlayır.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Əbu-Bəkr əl-Bağdadinin mayın 28-də Rəqqanın cənubunda raket zərbələri zamanı öldürüldüyü iddia edilir.
Havazərbələri nəticəsində İŞİD-in "Hərbi Şurasına” daxil olan şəxslər, o cümlədən 330-a yaxın terrorçu öldürülüb.
Öldürülənlər arasında Rəqqa "əmiri” Əbu əl-Həci əl-Misri, Rəqqadan Əc-Sühnayədək əraziyə nəzarət edən İbrahim Ən-Nəef əl-Həcc və İŞİD-in "təhlükəsizlik xidmətinin başçısı” Süleyman Əl-Şauah var.
Rusiya Müdafiə Nazirliyi "Hərbi Şura”nın iclası barədə məlumatı mayın sonunda əldə edib. Məlum olub ki, iclasın məqsədi döyüşçülərin Rəqqanı cənub dəhlizi vasitəsi tərk etmək üçün marşrutların planlaşdırılması olub.
PUA-lar iclasın yeri və vaxtı barədə məlumatı dəqiqləşdirəndən sonra əraziyəhavazərbələri endirilib. Müdafiə Nazirliyi ABŞ-a bu barədə əvvəlcədən xəbərdar edib.
Əsl adı İbrahim Avad İbrahim əl-Bədri olan Əl-Bağdadi ilk dəfə 2014-cü ildə İŞİD tərəfindən işğal olunmuşİraqın Mosul şəhərindəki məscidlərin birində "İslam xilafət”in yaradılmasını elan edərkən geniş ictimaiyyətə tanınıb. Bundan sonra onun dəfələrlə ölüm xəbəri yayılsa da, bu məlumatlar öz təsdiqini tapmayıb.
ABŞ vəİraqxüsusi xidmət orqanları onunSuriyasərhədinə yaxın olan Əl-Bəad yaşayış məntəqəsində gizləndiyini iddia edib. "Daily Mail” nəşri iyunun 11-də Əl-Bağdadinin Rəqqaya endirilənhavazərbələri nəticəsində öldürüldüyünü bildirib. Bununla belə, terrorçularla əlaqəli olan "Amaq” internet saytı bu məlumatı təsdiqləməyib.
banner

Oxşar Xəbərlər