• cümə axşamı, 28 mart, 14:48
  • Baku Bakı 16°C

İŞİD hücumu nəticəsində Suriyanın şimalında 5 türk əsgəri şəhid olub

20.01.17 19:45 773
İŞİD hücumu nəticəsində Suriyanın şimalında 5 türk əsgəri şəhid olub
Türkiyə Ordusunun Suriyanın şimalında İŞİD-ə qarşı keçirdiyi "Fərat Qalxanı” əməliyyatında iştirak edən 5 türk əsgəri şəhid olub.
APA-nın Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
İŞİD terrorçularının Türkiyə hərbçilərinin olduğu sahəyə hücumu nəticəsində daha 9 türk hərbçisinin yaralandığı bildirilib.
Qeyd edək ki, Türkiyə ordusu Suriyanın şimalında AzadSuriyaOrdusu döyüşçülərinə dəstək olaraq "Fərat Qalxanı” adlı hərbi əməliyyat keçirir. Əməliyyat 150 gündür davam edir.
banner

Oxşar Xəbərlər