• cümə axşamı, 28 mart, 12:49
  • Baku Bakı 16°C

İsfar Sarabski Reymsi valeh edib

06.11.17 19:16 2407
İsfar Sarabski Reymsi valeh edib
"Jazzus Productions" şirkəti tərəfindən Fransanın Reims şəhərində keçirilən "The Sunnyside Jazz Festival" adlı caz festivalı sürətlə populyarlıq qazanmaqdadır. Sayca üçüncü olan bu festivala dünya üzrə məşhur caz musiqiçiləri bir araya gəlirlər. "İctaimaiyyəti müsiqinin müxtəlif üslubları ilə tanış etmək" və "cazın canlı musiqi olduğunu sübut etmək" məqsədi ilə yaradılmış bu festival cazın müxtəlif üslubları arasındakı sərhədləri açmağa cəhd edir. Bunu noyabrın 5-də, iki qabaqcıl musiqiçinin 450 caz pərəstişkarı qarşısındakı ifası zamanı aydın hiss etmək olurdu. Onlardan biri 2009-cu ildə keçirilmiş "Montreux Jazz Festival" festivalında "Solo Piano Prize" mükafatının qalibi olmuş azərbaycanlı bəstəkar, caz ifaçısı pianoçu İsfar Sarabski idi. Onun özünəməxsus çıxışı Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Paris nümayəndəliyinin dəstəyi baş tutub.

Iyirmi səkkiz yaşlı İsfar Azərbaycan muğamını caz, fank və klassik musiqi janrları ilə yeni və orijinal üslubda asanlıqla sintez etmək bacarığına malik bir caz ustasıdır. Bu ifa İsfarın yaradıcılığı ilə yaxından tanış olan caz sevərlər tərəfindən ifadan kənaraçıxma kimi qəbul edilə bilərdi. Dünən keçirilən konsertdə tamaşaçılara onun ifasında caz və klassik musiqilərinin sintezi təqdim olundu. O, öz ifasını caz-muğamın banisi olan Vaqif Mustafazadənin "Marşı" ilə başladı. Tamaşaçılar İsfarın xoş və sürətli ifasına heyran oldular.

Festivalda İsfarın ən populyar bəstəsi olan "G-Man” əsəri də səsləndi. Bu əsərin əvvəli melodik, sonrası isə frank üslublunda akkordlarla zəngin idi. Daha sonra İsfar "Blame It On My Youth" caz balladasını ifa etdi. Bu əsər İsfarın yaradıcılığına güclü təsir etmiş pianoçu Keith Jarrett tərifindən bəstələnib. Sonuncu ifa olunmuş əsər isə İsfarın üç həftə əvvəl bəstələdiyi "Planet" əsəri oldu.

Öz müsahibəsində İsfar deyib: "Azərbaycan cazı sürətlə inkişaf edir. Ölkəmizdə keçirilən festivallar, yarışmalar və dünya şöhrətli caz musiqiçilərinin konsertləri buna sübutdur. Cazın bizim mədəniyyətimizdə həmişə xüsusi yeri olub. Bir vaxtlar Azərbaycana Sovet İttifaqının caz paytaxtı deyirdilər. Mən studiyada iş üzərində uzun günlər keçirirəm. Yenilik tapmaq üçün mən adətən müxtəlif üslublarda ifa edirəm. Əgər sənin istedadın varsa, sən öz bacarıqlarını yaxşılaşdırmaq və yaxşıların yaxşısı olmaq üçün çalışmalısan”.

Qeyd edək ki, indiyədək İsfar dünyanın bir çox məşhur konsert salonlarında - Londondakı "Royal Albert Hall", "Ronnie Scott's Jazz Club", Berlindəki "Asphalt Jazz Club" və Parisdəki "Le Duc des Lombards" da çıxış edib. O, həmçinin "Jazz Foundation of America" şirkətinin təşkilatçıliği ilə Nyu-Yorkun əfsanəvi "Apollo” Teatrında keçirilmiş "A Great Night in Harlem" xeyriyyə gecəsinin də iştirakçısı olub. Bu yaxınlarda onun tunisli caz musiqiçisi Dhafer Yousseflə Avropa ölkələrinə qastrol səfəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.


banner

Oxşar Xəbərlər