• cümə, 19 Aprel, 22:08
  • Baku Bakı 24°C

İSESKO-nun baş direktoru: “Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ən yaxşı nazirlikdir”

06.05.17 14:35 1506
İSESKO-nun baş direktoru: “Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ən yaxşı nazirlikdir”
İSESKO-nun baş direktoru Əbdüləziz Osman Əl-Tüveyçri aprelin 10-dan mayın 10-dək davam edəcək Bakı Şopinq Festivalını "çox ciddi layihə” adlandırıb.
bakushopfest.com saytına açıqlamasında Tüveyçri qeyd edib ki, turizmin inkişafına təkan verən Şopinq Festival kimi layihələr çox vacibdir: "Turizm ölkənin inkişafı üçün çox vacibdir. Belə layihələr maliyyə dəstəyinə, eyni zamanda əlavə maliyyə investisiyalarının cəlb edilməsinə zəmin yaradır”.
İSESKO-nun baş direktoru hesab edir ki, Azərbaycan öz gözəlliyini dünyaya uğurla nümayiş etdirir: "AzərbaycanMədəniyyət və Turizm Nazirliyiölkənin mədəniyyət və turizm potensialının, sözün yaxşı mənasında, təbliğatının öhdəsindən layiqincə gəlir. NazirƏbülfəs Qarayevöz işinin peşəkarıdır. Bizim təşkilat bu nazirliyi İSESKO-ya üzv olan ölkələr arasında ən yaxşı nazirlik hesab edir”.
banner

Oxşar Xəbərlər