• cümə axşamı, 28 mart, 13:15
  • Baku Bakı 16°C

İşğaldan azad edilmiş Ağbənddə Azərbaycan bayrağı qaldırılıb - VİDEO

22.10.20 19:58 666
İşğaldan azad edilmiş Ağbənddə Azərbaycan bayrağı qaldırılıb - VİDEO

Zəngilan rayonunun işğaldan azad edilmiş Ağbənd qəsəbəsində Azərbaycan bayrağı qaldırılıb.
APA-nın məlumatına görə, xilaskar Azərbaycan əsgəri bayrağın qaldırılması barədə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib: "Möhtərəm Prezident!
Əmrinizə uyğun olaraq məruzə edirəm ki, Zəngilan rayonunun Ağbənd sərhəd zastavası işğaldan azad edilmişdir. Hazırda Azərbaycan bayrağı burada dalğalanmaqdadır. Bununla da Azərbaycan-İran dövlət sərhədinin 132 km-i işğaldan tam azad edilmişdir.
Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”
banner

Oxşar Xəbərlər