• şənbə, 20 Aprel, 02:15
  • Baku Bakı 15°C

İşğal günlərində dünya miqyasında aksiyalar keçirilməlidir

23.08.13 10:16 1243
İşğal günlərində dünya miqyasında aksiyalar keçirilməlidir
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Baş nazirin müavini, Dövlət Qaçqın və Məcburi Köçkünlərin İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov verib.
O deyib ki, işğal günlərində Ermənistanın separatçı-şovinist siyasətinə qarşı dünya miqyasında aksiyalara start verilməlidir: “Hökumət tərəfindən də belə bir təklif hazırlayacağıq. Hesab edirəm ki, işğal günlərində Azərbaycanın xaricdəki səfirlikləri, diaspora nümayəndələri, Azərbaycan ictimaiyyəti bütün dünyaya səs salan təbliğat aparmalıdır. Dünya ictimaiyyəti mütəmadi məlumatlandırılmalıdır ki, beynəlxalq aləm erməni şovinizmi haqda bilgili olsun”.
Ə. Həsənov bildirib ki, işğal günlərinin bu şəkildə qeyd olunması daha düzgün, effektli və təsirli olar.
banner

Oxşar Xəbərlər