AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İşğal edilmiş ərazilərimizdən qızıl ehtiyatlarımız daşınır

İşğal edilmiş ərazilərimizdən qızıl ehtiyatlarımız daşınır

İqtisadiyyat
28 Sentyabr 2020, 11:45 155
Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərindən qızıl ehtiyatlarımız ardı-arası kəsilmədən çıxarılaraq daşınır. Bütün bunlar ermənilərin nə vaxtsa bu əraziləri tərk etməyə məcbur olacaqlarını bildiklərindən xəbər verir.
Trend-in məlumatına görə, bunu AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov deyib.
Təbiətdə hər şeyin bir-biri ilə vəhdət təşkil etdiyini bildirən M.İsmayılov təbii sərvətlərdən qeyri-düzgün, vəhşicəsinə istifadənin ağır nəticələr verəcəyini diqqətə çatdırıb.
O vurğulayıb ki, müxtəlif proqramların, kosmik şəkillərin köməyi ilə ərazi tədqiq edilərkən meşələrin seyrəlməsi, Araza tökülən çayların azalması müşahidə edilib. Kür çayında suyun azalmasının səbəblərindən biri də Araz çayında gedən proseslər, çaya olan kobud müdaxilələrdir.
M.İsmayılov əlavə edib ki, bitki örtüyünün dəyişməsi nəticədə bulaqların, yeraltı suların qurumasına gətirib çıxarır. Minə yaxın yaşı olan, çox qiymətli ağacların qırılması meşələrin seyrəlməsi, tərkibinin dəyişməsi ilə nəticələnir.
Alim sözügedən problemlərin uyğun beynəlxalq təşkilatlar qarşısında tez-tez qaldırılmalı olan məsələlər olduğunu xüsusi qeyd edib.