İş tapdı
"Arsenal”ın
sabiq baş məşqçisi Arsen Vengerin işsiz günləri başa çatıb.
Kaspi.az xəbər
verir ki, Venger bundan sonra FİFA-da çalışacaq. Fransız mütəxəssis futbolun
qlobal inkişafı şöbəsinə rəhbərlik edəcək.
O, fəaliyyətə
yanvarın 3-dən başlayacaq. Venger həm kişi, həm də qadın futbolunun inkişafına
cavabdehlik daşıyacaq.
Bundan əlavə, 70
yaşlı fransız, məşqçilərin hazırlığına və keçmiş oyunçuların futbol idarəçiliyinə
gətirilməsinə xüsusi diqqət yetirəcək.