İş müsahibələrində 10 məşhur sual

İş müsahibələrində 10 məşhur sual

Gənclik qəzeti
06 İyul 2015, 10:33 1913
İşə qəbul olunmaq istəyi ilə müsahibəyə gedən gənclər çox vaxt öz seçdikləri iş ilə uyğun olmayan suallarla qarşılaşırlar. Hətta bu suallara görə həyəcanlanır, tərləyir və buna görə müəyyən problemlər yaşayırlar. Əziz gənclər, aşağıdakı siyahını oxuyub cavablarınızı hazırladığınız halda, özgüvən hissi ilə bütün iş müsahibələrinə hazır olacaqsınız.

1. Zəif tərəfləriniz nələrdir?
Bu sual müsahibələr arasında ən çətini sayılır. Bu zaman zəif cəhətlərinizi minimum şəkildə göstərib, güclü tərəflərinizə fokuslanın. Şəxsi xüsusiyyətlərinizdən deyil, peşəkar mənada sizə köməyi toxunan işlərinizdən bəhs edin. Məsələn: “Müəyyən qabiliyyətlərimi inkişaf etdirmək üçün daim öz üzərimdə çalışmışam, treninqlərdə iştirak etmişəm”.

2. Nə üçün sizi işə götürməliyik?
“Son beş ildə maliyyə sahəsində özümü çox inkişaf etdirdim və çalışdığım firmaların gəlirlərini artırdım. Sizin firmanızda da böyük dəyişikliklər edə bilər və komandanızda möcüzələr yarada bilərəm”.

3. Nə üçün burada çalışmaq istəyirsiniz?
İş görüşməsində qarşınızdakı insan sizdən yalnız CV-də olanları eşitmək istəməz. Məsələn: “İş prinsiplərimə uyğun gələn, çalışmaqdan zövq ala biləcəyim bir neçə firma var ki, siz bu siyahıda üstünlük təşkil edirsiniz” - kimi cavab daha təsirlidir.

4. Hədəfləriniz nələrdir?
Qısa vaxt ərzində planlaşdırdığın hədəflərindən bəhs etmək bu suala veriləcək ən gözəl cavabdır. Məsələn: “Hədəfim inkişaf edən firmada çalışmaqdır. Firmanın inkişafına görə, mənim də hədəflərimin miqyası dəyişə bilər”.

5. Əvvəlki işinizdən nə üçün ayrıldınız?
Əgər işiniz yoxdursa, bu vəziyyəti müsbət hal kimi göstərməyə çalışın. Məsələn: “Çalışdığım firma işləyənlərin sayını üç dəfə azaltdı. İlk ikisində işdən çıxarılmadım, ancaq üçüncüsündə çox böyük bir qrupla birlikdə mən də işdən çıxarıldım”.
Əgər hələ keçmiş işinizdən çıxarılmamısızsa, növbəti işdə nə üçün işləmək istədiyinizdən danışın. Məsələn: “İki il çalışdıqdan sonra təcrübəmi artırmaq istəyirəm. Həm öyrəndiklərimi paylaşmaq, həm də təcrübə toplamaq üçün sizinlə işləməyi qərara aldım”.

6. Axırıncı dəfə nə vaxt işinizdən həzz almısınız?

İşəgötürən sizi nələrin motivasiya etdiyini bilmək istəyir. Əgər bu suala bir misal gətirərək cavab verə bilsəniz, işəgötürən sizin haqqınızda daha çox məlumatlı olar. Məsələn: “Sonuncu işimdən zövq alırdım. Birbaşa müştərilərlə ünsiyyətdə olur, onların problemləri ilə maraqlanırdım. Bu, işimin ən gözəl tərəfi idi”.

7. Digər namizədlərin edə bilmədiyi nəyi edə bilərsiniz?
Sizi əvəzedilməz edən nədir? Bu sual təcrübələrinizi, qabiliyyətlərinizi və fərdi xüsusiyyətlərinizi qiymətləndirmək məqsədi ilə verilir. Az və saz cavab verin.Məsələn: “Texniki mövzularda çox geniş məlumata sahibəm. Bundan əlavə, müştərilərlə çox güclü əlaqələr qura bilirəm. Bunlar da məni həm texniki, həm də sosial baxımdan müvəffəqiyyətli edir”.

8. Köhnə müdirinizin sizin haqqınızda dediyi 3 pozitiv söz nədir?
Bu sual sayəsində köhnə performansınız rahatlıqla qiymətləndirilə bilər. Bu, başqalarının cümlələrindən istifadə edərək özünüzü tərifləməyin ən böyük yoludur.Məsələn: “Köhnə müdirim sahib olduğu ən yaxşı dizaynerin mən olduğumu, mənə çox güvəndiyini və diqqtəcil olmağımı sevdiyini deyərdi”.

9. Maaş gözləntiniz nədir?
İşəgötürənin sizdən maaş soruşması sizin üçün üstünlükdür. Öz sahənizdə ortalama maaş haqqında məlumatlı olun. Cavabınız: “Əgər işə götürülsəm, uyğun miqdarla razılaşa biləcəyimizə əminəm. Mənim kimi CV-si olan birinə siz normal şərtlərdə nə qədər maaş verirsiniz?”

10.Əgər heyvan olsaydınız, nə olmaq istərdiniz?
İşəgötürənlər bunu bu tip psixoloji suala sürətli cavab verib-vermədiyinizi yoxlamaq üçün soruşurlar. Əgər “dovşan” desəniz, passiv bir adam olduğunuz təəssüratı yaradır. Əgər “aslan” desəniz, aqressiv görünürsünüz.