AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İş adamı Polad Alemdarın ölümü ilə bağlı başsağlığı verdi

İş adamı Polad Alemdarın ölümü ilə bağlı başsağlığı verdi

Təfsilat
24 Dekabr 2012, 15:00 2103
“Vətən üçün gecəsini gündüzə qatan, İraq, Fələstin və Suriyada mücadilə aparan qəhrəmanımız Polad Ələmdarı Suriyada xain bir pusquda itirmişik...”

Bu mövsüm ekrana çıxmasının 10 ili tamam olan “Kurtlar Vadisi Pusu” teleserialının son bölümündə aktyor Necati Şaşmazın canlandırdığı Polad Ələmdar obrazının nişançı tərəfindən vurulduqdan sonra ölüb-ölmədiyi mübahisə mövzusudur.

Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, belə bir məqamda Şanlıurfada Ozan Demir adlı bir iş adamı yerli qəzetlərin birində başsağlığı elanı yerləşdirib.

Ozan Demir başsağlığında belə yazıb: “Dəyərli böyüyümüz, ziyalı, örnək şəxsiyyət, Vətən üçün gecəsini gündüzə qatan, İraq, Fələstin və Suriyada mücadilə aparan qəhrəmanımız, böyük qardaşımız Polad Ələmdarı Suriyada xain bir pusquda itirmişik”. İş adamı Polad Ələmdara Allahdan rəhmət, ailəsinə, yaxınlarına və sevənlərinə başsağlığı verərək səbir diləyib.

Başsağlığı elanı qəzetin bir səhifəsini əhatə edir. Bu qəzetdə bir səhifədə elan yerləşdirməyin qiyməti 300 dollardır.