• cümə axşamı, 18 aprel, 18:05
  • Baku Bakı 21°C

İrqçiliyin qarşısını almağın yolunu göstərdi

23.12.19 13:22 552
İrqçiliyin qarşısını almağın yolunu göstərdi
İngiltərə Premyer Liqasında keçirilən "Tottenhem” – "Çelsi” qarşılaşmasında (0:2) irqçi hərəkətlər olub.
Kaspi.az xəbər verir ki, "Tottenehm”in fanatları "Çelsi”nin futbolçusu Antonio Ryudigeri irqçi təhqirə məruz qoyublar. "Mançester Yunayted”in sabiq kapitanı Qari Nevill bu insidentə sərt reaksiya bildirib:
"İrqçilik İngiltərədə də geniş yayılır. Premyer Liqa rəhbərliyi bununla bağlı addım atmalıdır. Ancaq onlar Futbol Assosiasiyasının arxasında gizlənirlər.
Problem günü-gündən böyüyür, yubanmadan addım atmaq lazımdır. Təklif edirəm ki, belə hallarda oyun dayandırılmalı və futbolçular meydanı tərk etməlidirlər.
Fikrimcə, yalnız belə qəti addımlar atmaqla irqçiliyin qarşısını almaq olar”.
banner

Oxşar Xəbərlər