• şənbə, 20 Aprel, 11:35
  • Baku Bakı 14°C

İrqçiləri yox, futbolçunu cəzalandırdılar

03.05.17 12:45 1180
İrqçiləri yox, futbolçunu cəzalandırdılar
İtaliya A seriyasında keçirilən "Kalyari” - "Peskara” oyununda irqçilik rəzaləti yaşandığı barədə məlumat vermişdik.
"Kalyari” azarkeşləri bütün oyun boyu "Peskara”nın futbolçusu Salli Muntarini irqçi təhqirə məruz qoymuşdular. Buna dözməyən futbolçu hakimə yaxınlaşaraq, hadisəyə müdaxilə etməsini istəmişdi. Hakim isə futbolçuya sarı vərəqə göstərmişdi.
Bundan sonra Muntari meydanı tərk etmişdi. Kaspi.az xəbər verir ki, bu məsələni araşdıran intizam komitəsi Muntarini bir oyunluq cəzalandırıb. "Kalyari” isə cəzasız qalıb. Məsələ burasındadır ki, protokolu dolduran rəsmi şəxs irqçi təhqirlər səsləndirənlərin kifayət qədər olmadığını qeyd edib. Qaydalara görə, stadiondakı azarkeşlərin 1 faizi irqçi təhqir səsləndirərsə, cəza tətbiq olunur.
banner

Oxşar Xəbərlər