• cümə axşamı, 28 mart, 15:17
  • Baku Bakı 16°C

İRNA: Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə təşkil edib

21.05.17 10:40 863
İRNA: Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə təşkil edib
İranın İRNA xəbər agentliyi IV İslam Həmrəylik Oyunlarını diqqət mərkəzində saxlayır. Bu gün agentlik Bakıda keçirilən bu beynəlxalq idman tədbiri haqqında növbəti materialını yayıb.
Agentlik qeyd edir ki, İran idmançıları bu yarışlarda 60-dan çox medal qazanıblar. Atletlər idmanın ağırlıqqaldırma, atıcılıq, cüdo, karate, gimnastika növlərində fərqləniblər. Bununla yanaşı, İranın kişilərdən ibarət voleybol komandası da finala çıxıb. İran voleybolçuları finalda Azərbaycanın komandası ilə qarşılaşacaq.
Diqqətə çatdırılır ki, 54 ölkənin idmançılarının qatıldığı "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə təşkil olunub. Yarışların keçirildiyi bütün idman arenaları müasir standartlara cavab verir. İdmançıların asudə vaxtları səmərəli təşkil edilib. Onlar Bakının gözəl yerləri ilə tanış olurlar.
Qeyd olunur ki, yarışlar davam edir və İran idmançıları yenə də medal qazanmaq şansına malikdirlər.
banner

Oxşar Xəbərlər