AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti bərpa olunur

İri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti bərpa olunur

Cəmiyyət
29 May 2020, 17:05 273
31 may 2020-ci il saat 00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasına qərar verilib.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, 31 may 2020-ci il saat 00:00-dan ölkə ərazisində iri ticarət mərkəzlərinin və "Mall”arın fəaliyyəti bərpa olunur (nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti istisna olmaqla).